Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb
27 sentyabr 2026, 04:45 · Mənbə: Report.az

Boeing şirkəti 737 MAX təyyarəsində avtomatik naviqasiya funksiyasının sıradan çıxmasına səbəb ola biləcək proqram təminatında nasazlıq aşkar edib.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" sənədə istinadən yazıb.
Problem pilot kabinəsində proqram təminatının yenilənməsindən sonra müəyyənləşdirilib. Nasazlıq ekipaj ikinci dövrə qalxdıqdan sonra marşrutu dəyişdikdə yarana bilər. Bəzi hallarda pilotlara təyyarəni avtopilotun müəyyən funksiyalarından istifadə etmədən, manual idarə etmək lazım gələ bilər.
"Boeing" avqustun sonunda 737 MAX təyyarələrini istismar edən şirkətləri problem barədə məlumatlandırıb və nasazlığın uçuş təhlükəsizliyinə təhdid yaratmadığını bildirib.
Şirkət aviaşirkətlərlə birlikdə zərurət yarandıqda ekipajın avtomatik naviqasiya funksiyasını yenidən aktivləşdirməsinə imkan verən prosedur, həmçinin problemi tam aradan qaldıracaq proqram təminatı yeniləməsi üzərində işləyir.
Proqram təminatını hazırlayan "GE Aerospace" şirkəti "Boeing"lə sıx əməkdaşlıq etdiyini və yoxlama zamanı ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) dəstək göstərəcəyini açıqlayıb.
"Southwest Airlines" və "United Airlines" problemli proqram təminatı ilə təchiz edilmiş yeni 737 MAX təyyarələrini qəbul etməkdən imtina edərək daha əvvəlki versiyanın təqdim olunmasını istəyib.
Analitik şirkət "Cirium"un məlumatına görə, hazırda dünyada 2422 ədəd Boeing 737 MAX 8 və 737 MAX 9 təyyarəsi istismar olunur.
Oxşar xəbərlər

Dünya
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Report.az · 18 oktyabr 2026, 19:46


Dünya
Mançester Yunayted Karrikin komandası üçün təzyiqi azaltmayan bərabərlik oynayıb
Al Jazeera · 18 oktyabr 2026, 19:47

Dünya
Zelenski Trampın sülh nümayəndələri ilə danışıb, ABŞ-ın Moskvanın tərəfində dayanmasına münasibət bildirir
Kyiv İndependent · 18 oktyabr 2026, 19:47