TopXəbər

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub

17 oktyabr 2026, 18:47 · Mənbə: Report.az

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub.

Yeniliklərdən dərhal xəbərdar olun!

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub.

Bu barədə "Report"a Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.

Budəfəki yarışda starta 5 Qarabağ və 5 Dilbaz atı çıxıb.

Fotoqalereya

1 / 4

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub

Belə ki, 3 yaşlı Qarabağ atlarının 1600 metr məsafəyə yarışı Hilal Nəzərovun çapdığı "Semum" atının qələbəsi ilə yekunlaşıb.

O, məsafəni 1 dəqiqə, 58,65 saniyəyə dəf edib. "Asya" atı ilə Mahmud Ağazadənin 2 dəqiqə 06,00 saniyə nəticə ilə ikinci olduğu cıdırda "Yıldız" atının çaparı Amina Hacıyeva 2 dəqiqə, 06,68 saniyə nəticə ilə 3-cü nəticə göstərib.

Bundan başqa 4 yaşlı Dilbaz atlarının 2400 metr məsafəyə mübarizəsində Rauf Tahirovun çapdığı "Lavin" atı 3 dəqiqə 14.00 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Hilal Nəzərov bu dəfə ikinciliklə kifayətlənib.

Onun "Tomris" atı 3 dəqiqə, 18,08 saniyə nəticə göstərib. Dilbaz atlarının yarışında fəxri kürsünün 3-cü pilləsinə Rusif Abbasov qalxıb. Onun "Savaş" atı 3 dəqiqə, 25,18 saniyə nəticə ilə yadda qalıb.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47