TopXəbər

Bill Geyts süni intellekt tənzimləmələrinin çətinliyini vurğulayıb

27 sentyabr 2026, 20:16 · Mənbə: Anadolu Ajansı

Bill Geyts süni intellektin tənzimlənməsi ilə bağlı qlobal razılaşmanın mürəkkəb olacağını bildirib. O, bunun soyuq müharibə dövründəki nüvə danışıqlarından daha çətin olduğunu qeyd edib.

Anadolu Ajansı yazır ki, Bill Geyts NBC News-ə verdiyi müsahibədə süni intellektin inkişafı və təhlükəsizliyi barədə fikirlərini bölüşüb.

O qeyd edib ki, süni intellektin tənzimlənməsinə dair qlobal razılaşma əldə etmək soyuq müharibə dövründə nüvə silahlarının məhdudlaşdırılması danışıqlarından daha çətin ola bilər.

Məzmun media
Məzmun media

Geyts əlavə edib ki, ABŞ-ın texnoloji rəqabət mövqeyini zəiflətmədən, süni intellekt şirkətlərinin inkişaf etdirdiyi sistemlərin təhlükəsizliyinin və nəzarət mexanizmlərinin yaradılması mümkündür və bunun üzərində zamanla razılıq əldə edilə bilər.

Onun sözlərinə görə, süni intellekt sahəsində "insanlığın birgə iştirakı" anlayışı önəmlidir, çünki pis niyyətli şəxslərin süni intellekdən istifadə etməsi bu texnologiyanın ən təcili risklərindən biridir.

Bill Geyts bildirib ki, süni intellekt əvvəllər yalnız böyük dövlətlərin cibində olan kiber və ya bioloji hücumların kiçik qruplar tərəfindən həyata keçirilməsinə imkan verə bilər. Bu səbəbdən hökumətlərin müxtəlif təhlükəsizlik tədbirlərini tətbiq etməsi zəruridir.

Geyts həmçinin milyarder Cef Epsteinlə olan əlaqəsinə görə peşman olduğunu deyib. Epstein reşit olmayan qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunarkən həbsxanada ölüb.