TopXəbər

Belarus generalı KTMT təlimlərinin səbəblərini açıqlayıb

11 oktyabr 2026, 17:49 · Mənbə: News.ru

Belarus generalı KTMT təlimlərinin səbəblərini açıqlayıb

Belarusun Baş Qərargah rəisi KTMT-nin genişmiqyaslı hərbi təlimlərinin dünya təhlükəsizliyi böhranı fonunda başladığını bildirib.

News.ru yazır ki, Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin birinci müavini Vladimir Belı deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri qlobal beynəlxalq təhlükəsizlik sisteminin dağıldığı və dərin hərbi-siyasi böhranın getdiyi vaxtda başlayıb.

Belarus generalı əmindir ki, Qərb ölkələri qarşıdurma siyasətini davam etdirir, digər ölkələrin daxili işlərinə müdaxilə cəhdlərini artırır və Ukrayna münaqişəsinin uzunmüddətli silahlı müharibəyə çevrilməsini sürətləndirir. O, həmçinin Qərb dövlətlərinin hərbi potensialını gücləndirdiyini, əslində yeni hərbi toqquşmaya hazırlaşdığını qeyd edib.

Xəbərə görə, KTMT-nin birgə komanda-ştab təlimləri "Barer-2026" və "Dağılmaz Qardaşlıq-2026" adları ilə Belarus ərazisində başlayıb. Birgə təlimlərin əsas məqsədi güc strukturları ilə ordu birlikləri arasında qarşılıqlı əlaqənin səmərəliliyini yoxlamaqdır.

KTMT-nin Baş Qərargah rəisi polis-general-leytenant Andrey Serdyukov bildirib ki, təlimlərin əhəmiyyəti dünyada çox mürəkkəb hərbi-siyasi vəziyyətlə bağlıdır. O qeyd edib ki, əvvəlki əməkdaşlıq münasibətlərinin pozulması və müttəfiqlərin sərhədləri yaxınlığında yeni münaqişə ocaqlarının yaranması təhlükələrin davamlı artmasına səbəb olur.