Bavariyada avtobusun aşması nəticəsində iki nəfər ölüb, 25 nəfər yaralanıb
27 sentyabr 2026, 13:15 · Mənbə: Report.az

Yuxarı Bavariyada (Almaniya) turistləri daşıyan avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 25 nəfər isə xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "T-online" xəbər portalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə bazar günü səhər tezdən Ostallqau regionunun Buxloe şəhəri ərazisindəki "A96" federal magistralında baş verib.
İlkin məlumatlara görə, içərisində filippinli 40-50 nəfərlik turist qrupunun olduğu avtobus yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində 25-ə yaxın insan xəsarət alıb, iki nəfər hadisə yerində ölüb. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.
Oxşar xəbərlər

Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17

Dünya
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Report.az · 18 oktyabr 2026, 16:17

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47