TopXəbər

"Bavariya"nın futbolçusu ciddi zədələnib

21 noyabr 2026, 08:47 · Mənbə: Report.az

"Bavariya"nın futbolçusu ciddi zədələnib

Fransanın "Bavariya" klubunda çıxış edən yarımmüdafiəçisi Maykl Olise Almaniya çempionatının X turunda "Köln"lə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda zədələnib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Fransanın "Bavariya" klubunda çıxış edən yarımmüdafiəçisi Maykl Olise Almaniya çempionatının X turunda "Köln"lə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda zədələnib.

"Report" xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Görüşün 41-ci dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Tom Krausla toqquşan futbolçu fasilədə əvəzlənib.

Matçdan sonra "Allianz Arena" stadionunu qoltuqağacları ilə tərk edən 24 yaşlı futbolçunun zədəsinin ciddi ola biləcəyi ehtimal edilsə də, tibbi müayinə zamanı onun ayaq darağı nahiyəsində əzilmə aşkarlanıb.

"Bavariya"nın baş məşqçisi Vensan Kompani futbolçunun tezliklə sıraya dönəcəyinə ümid etdiyini bildirib.

"Düşünürəm ki, bu, sadəcə ehtiyat tədbiri idi. Ümid edirəm ki, Maykl bazar ertəsi özünü daha yaxşı hiss edəcək", – mütəxəssis deyib.

Olisənin gələn həftənin əvvəlində məşqlərə qayıdacağı və komandanın qarşıdakı oyunlarında iştirak edə biləcəyi gözlənilir.

İdman

Leandro Paredes müsahibə zamanı huşunu itirib

Report.az · 22 noyabr 2026, 11:47