Bakının mərkəzində restoran yanıb
21 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

Bakının mərkəzində restoran yanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının mərkəzində restoran yanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın mətbəxində sobada yağ qalıqları yanıb.
Restoran və yaşayış binası yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Bakının mərkəzində restoran yanıb
Oxşar xəbərlər

Ölkə
"Bir Ömrün Konstitusiyası" sənədli filminin Bakı və Naxçıvanda təqdimat mərasimləri keçirilib
Report.az · 21 oktyabr 2026, 10:17

Ölkə
Heydər Məmmədov: Bakıda keçiriləcək görüşdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq
Report.az · 21 oktyabr 2026, 09:17

Ölkə
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
Report.az · 20 oktyabr 2026, 21:47
