Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
25 oktyabr 2026, 10:47 · Mənbə: Report.az

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.
"Report"un məlumatına görə, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçularını salamlayıblar.
Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.
Fotoqalereya
1 / 4Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Seçmə kollektiv oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.
Oxşar xəbərlər

Dünya
Serbiya parlament seçkisini keçirir, Vucic tələbə hərəkatı ilə qarşılaşır
France 24 · 25 oktyabr 2026, 11:16

Dünya
Kanadada 50 illik ukrayna araşdırmaları Ukrayna üçün əhəmiyyət kəsb edir
Ukrainskaya Pravda · 25 oktyabr 2026, 11:17


Dünya
Rusiyanı piyadaları Vinnitsa şəhərində beşmərtəbəli yaşayış binasına zərbə vurub
Ukrainskaya Pravda · 25 oktyabr 2026, 10:46