Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
14 oktyabr 2026, 18:17 · Mənbə: Report.az

Qazaxıstanda səfərdə olan AZCON Holding və Azərbaycan Dəmir Yollarının (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanda səfərdə olan AZCON Holding və Azərbaycan Dəmir Yollarının (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub.
Səfər çərçivəsində Aktau və Kurık limanları, Aktau Dəniz Şimal Terminalı, "Aktau Beynəlxalq Konteyner Qovşağı" MMC və "Sarja" multimodal terminalının infrastrukturuna baxış keçirilib, regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsində bu liman və terminallarda aparılan əməliyyatların mühüm rol oynadığı bildirilib.
Limanların rəhbərliyi ilə görüşlərdə Bakı Beynəlxalq Dəniz Limanı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, yükaşırma əməliyyatlarının səmərəliliyinin artırılması və rəqəmsal məlumat mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər tranzit yüklərin daşınması proseslərinin optimallaşdırılması və Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi baxımından limanlar arasında koordinasiyanın əhəmiyyətini vurğulayıblar.
MƏLUMAT YENİLƏNİR...
Oxşar xəbərlər

Siyasət
Tramp Rusiyaya qarşı sanksiyaları nə vaxt təsdiqləyəcəyini deyib
News.ru · 19 oktyabr 2026, 01:47

Siyasət
Donald Tramp Ukraynadakı münaqişənin həllində böyük irəliləyiş olduğunu bildirir
TASS · 19 oktyabr 2026, 01:17

Siyasət
Kremlin Putinin Mayamidə G20 sammitində iştirakını hələ qərarlaşdırmayıb
TASS · 18 oktyabr 2026, 23:17

Siyasət
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Report.az · 18 oktyabr 2026, 22:17