TopXəbər

Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər

3 oktyabr 2026, 22:45 · Mənbə: Report.az

Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər

Azərbaycanlı modellər Fransanın paytaxtı Parisdə keçirilən "Fashion Culture Day in Paris"də kolleksiya təqdimatı ilə çıxış ediblər.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanlı modellər Fransanın paytaxtı Parisdə keçirilən "Fashion Culture Day in Paris"də kolleksiya təqdimatı ilə çıxış ediblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Yeni nəsil dizaynerlər "Fashion Culture Day in Paris"də Azərbaycanı ön plana çıxarıb", - paylaşımda bildirilib.

Səfirliyin dəstəyi ilə keçirilən dəb nümayişində Sevda Qadaşova, Aysel Hüseynova, Şəms Əbilsoy, Gülər Qurbanova, Anara Zakirli və Natəvan Əliyeva çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da tədbirə qatılıb.

🇦🇿 À Paris, le «Fashion Culture Day in Paris» a mis à l’honneur la nouvelle génération de créateurs 🇦🇿. — Amis Azerbaïdjan en France (@AmisAzerbaidjan) October 3, 2026 Organisé par SİMOORG Academy et @AmisAzerbaidjan avec le soutien de @AzAmbassadeFr,l’événement a fait dialoguer mode contemporaine,savoir-faire textiles et patrimoine culturel. pic.twitter.com/EgdsrSYSXt