Azərbaycanın U-21 millisinin Şotlandiya ilə oyununu norveçli hakim idarə edəcək
27 sentyabr 2026, 16:15 · Mənbə: Report.az

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Şotlandiyaya qarşı keçirəcəyi oyununa təyinatlar açıqlanıb.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsindəki matç Norveçdən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Matiyas Stöfrinqshauqa həmyerliləri Erland Hareland və Edvard Helgerud köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mohammad Usman Aslam yerinə yetirəcək.
Xatırladaq ki, U-21 millisinin Şotlandiya ilə oyunu sentyabrın 30-da Kilmarnok şəhərində baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Oxşar xəbərlər


İdman
Arif Əsədov: "Hələ əvvəlki "Qarabağ"ı görmürük, "Neftçi"də isə yaxşı mənada dəyişikliklər var"
Report.az · 18 oktyabr 2026, 14:47

İdman
"Qalatasaray"ın zədəli futbolçusu Rafael Leaunun durumu açıqlanıb
Report.az · 18 oktyabr 2026, 13:46

İdman
Haaland rekordu yeniləyərək Man City-yə yeddinci Premyer Liqa qələbəsini qazandırdı
Al Jazeera · 18 oktyabr 2026, 13:18