Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
24 oktyabr 2026, 11:16 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,2 % çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 2,87 %-ni, ixrac gəlirləri isə ümumi ixrac qazancının 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Oxşar xəbərlər

Biznes
Gürcüstanın Azərbaycandan meyvə-tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb
Report.az · 10 noyabr 2026, 14:17

Biznes
Türkiyənin Azərbaycana metal ixacından qazancı 4 %-dən çox azalıb
Report.az · 9 noyabr 2026, 12:47

Biznes
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
Report.az · 9 noyabr 2026, 10:17
