TəciliUkrayna "Tolyattikauçuk" və raket və təyyarə komponentləri istehsal edən müəssisəyə zərbə endirdi

TopXəbər

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

24 oktyabr 2026, 11:46 · Mənbə: Report.az

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Filippin Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmanın aparıldığı müddətdə ölkədəki bütün "SF-260" təyyarələrinin uçuşunu müvəqqəti dayandırıb.

Filippin HHQ-nin məlumatına görə, hər iki təyyarə cümə günü Lipa şəhərində yerləşən Fernando aviabazası ərazisində qəzaya uğrayıb.