Azərbaycanda İKT sahəsində 7 yeni dövlət standartının layihələri hazırlanıb
23 oktyabr 2026, 16:48 · Mənbə: Report.az

Azərbaycanda İKT sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda İKT sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.
"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) istinadən xəbər verir.
Məlumata görə, qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) bazasında təsis edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları" üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti iclasını keçirib. İclasda həmçinin Dövlət Təhlükəsizliyi Xidməti, RİNN yanında İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Texniki Universiteti, "AzInTelecom" MMC, "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" və "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyası" İctimai Birliklərinin nümayəndələri iştirak ediblər.
Yeni dövlət standartları ilə yanaşı, iclasda AZSTAND/TK-05-in ISO/IEC JTC 1 İnformasiya texnologiyası standartlaşdırma üzrə beynəlxalq Texniki Komitədə milli "güzgü komitə" qismində fəaliyyət göstərməsi məsələsinə nəzər salınıb.
Sonda Texniki Komitənin fəaliyyətində iştirakla bağlı müraciətlər nəzərə alınaraq AZSTAND/TK 05-in tərkibinə yeni üzvlər qəbul olunub.
Oxşar xəbərlər


Biznes
Azərbaycanın Avstraliyadan qoyun ətinin alışına çəkdiyi xərci 6 dəfəyə kimi artıb
Report.az · 23 oktyabr 2026, 14:47

Biznes
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
Report.az · 23 oktyabr 2026, 10:16

Biznes
Mirziyoyev Qaşqadərya vilayətinin investisiya imkanlarını "AzerGold" rəhbərinin iştirakı ilə nəzərdən keçirib
Report.az · 22 oktyabr 2026, 20:17