Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib
16 oktyabr 2026, 21:48 · Mənbə: Report.az

Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib.

"Report" xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin 2 boksçusu qələbə qazanıb.
Nihat Qasımov (55 kq) 1/32 finalda Nursultan Duşonalıyevlə (Qırğızıstan) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (29:28, 28:29, 30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə başa çatıb. O, oktyabrın 18-də növbəti görüşündə ilk mərhələdən azad olan Arjanpal Hundalla (Kanada) üz-üzə gələcək.
Səfdər Məmmədzadə (+90 kq) isə 1/8 finalda Kirill Jukovskini üstələyib. Milli üzvü rəqibini 3:2 (27:29, 28*:28, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib. O, ikinci görüşünü oktyabrın 23-də İvan Baybakova (Rusiya) qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-də yekunlaşacaq.
Oxşar xəbərlər

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17
