Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
29 oktyabr 2026, 13:47 · Mənbə: Report.az

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir.
Bu barədə "Report"a ACF-dən məlumat verilib.
Fotoqalereya
1 / 4Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
Avropa Cüdo Birliyinin (EJU) adaptiv cüdo üzrə baş komissarı Marina Draşkoviçin rəhbərlik etdiyi təlimin əsas məqsədi məşqçilərin bu sahədə nəzəri biliklərini genişləndirmək, praktiki bacarıqlarını təkmilləşdirmək və peşəkar hazırlıq səviyyələrini artırmaqdır.
Nəzəri və praktiki məşğələlərdən ibarət kursda 18 məşqçi iştirak edir. Praktiki hissədə ACF-nin adaptiv cüdo qrupunun üzvləri də yer alırlar.
Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
Oxşar xəbərlər

Dünya
ABŞ hərbçisi Rusiyanın xeyrinə casusluq şübhəsi ilə saxlanılıb
Report.az · 11 noyabr 2026, 00:17



Dünya
İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib
Report.az · 10 noyabr 2026, 23:47