TopXəbər

Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər

29 sentyabr 2026, 11:16 · Mənbə: Report.az

Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər

Azərbaycan ilə ABŞ-nin "Cisco" şirkəti ölkədə rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və "Hökumət buludu"nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan ilə ABŞ-nin "Cisco" şirkəti ölkədə rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və "Hökumət buludu"nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə "Cisco" şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüşdə aparılıb.

"Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən "Cisco" akademiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.

Texnologiya

TikTok Musk sənədli filminin hesabını bloklayıb

The Verge · 17 oktyabr 2026, 23:46