Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar
24 oktyabr 2026, 15:17 · Mənbə: Report.az

Azərbaycan şahmatçıları Monteneqronun Budva şəhərində keçirilən klublararası Avropa Kubokunda medallar qazanıblar.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şahmatçıları Monteneqronun Budva şəhərində keçirilən klublararası Avropa Kubokunda medallar qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Kişi şahmatçıların yarışında aktivində 10 xalı olan "Vüqar Həşimov" komandası 10-cu yerdə qərarlaşıb.
Qadın şahmatçıların turnirində hərəyə 10 xalı olan Serbiyanın "Sirmium Sremska Mitrovitsa" və ölkəmizin "Odlar Yurdu" klubu 3-4-cü yerləri bölüşüb.
"Odlar Yurdu" əlavə göstəricilərə görə 4-cü sırada yer alıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin "Baegan Pendik" klubu Avropa Kubokunun qalibi olub.
"Vüqar Həşimov" klubunun heyətində mübarizə aparan Aydın Süleymanlı şəxsi nəticələrə görə birinci lövhədə bürünc medal qazanıb. "Odlar Yurdu"nda çıxış edən Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl mükafata sahib çıxıb.
Oxşar xəbərlər

Dünya
Ukrayna icması ABŞ-da Vaşinqton siyasətinə təsir edir
Ukrainskaya Pravda · 24 oktyabr 2026, 15:17

Dünya
Almaniya səfiri Ukraynanın Aİ-yə üzvlüyünün müharibə ilə zidd olmadığını bildirib
Ukrainskaya Pravda · 24 oktyabr 2026, 15:17

Dünya
Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
Report.az · 24 oktyabr 2026, 15:17

Dünya
Fransada ölümcül irqçi hücum törədiblər: Avropada nifrət cinayətləri artır?
Al Jazeera · 24 oktyabr 2026, 15:17