Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24 oktyabr 2026, 15:47 · Mənbə: Report.az

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.
Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər

Ölkə
Sabah Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Report.az · 24 oktyabr 2026, 14:47

Ölkə
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Report.az · 24 oktyabr 2026, 10:47

Ölkə
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Report.az · 24 oktyabr 2026, 09:47

Ölkə
Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb
Report.az · 23 oktyabr 2026, 22:47