Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 24 %-ə yaxın artırıb
13 noyabr 2026, 17:17 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) 146 not hərracı keçirib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) 146 not hərracı keçirib.
"Report" xəbər verir ki, bu barədə qurumun 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.
Sentyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 1,7 milyard manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 1,4 milyard manat çoxdur.
Keçirilən hərraclardan 37-si 28 günlük, 36-sı 84 günlük, 37-si 168 günlük, 36-si isə 252 günlük notlar üzrə olub.
Oxşar xəbərlər


İqtisadiyyat
Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək
Report.az · 23 noyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 4 %-dən çox artıb
Report.az · 23 noyabr 2026, 16:17

İqtisadiyyat
EBRD: İnvestisiya ehtiyaclarının konkret layihələrə çevrilməsinə dəstək veririk
Report.az · 23 noyabr 2026, 13:47