Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
11 oktyabr 2026, 20:19 · Mənbə: Report.az

Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında əldə olunan tarixi nəticə münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında əldə olunan tarixi nəticə münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edib.
"Report" xəbər verir ki, federasiyanın paylaşımında 4–11 oktyabr tarixlərində Bakıda təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçularının 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında tarixi uğura imza atdığı bildirilib.
"Azərbaycan idman ailəsinin bir üzvü olaraq, Azərbaycan Güləş Federasiyası cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzulayır", – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanın cüdo millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.
Oxşar xəbərlər

Dünya
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Report.az · 19 oktyabr 2026, 05:47

Dünya
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Report.az · 19 oktyabr 2026, 05:17

Dünya
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Report.az · 19 oktyabr 2026, 04:47
