Azərbaycan COP31-də ikinci şəffaflıq hesabatını təqdim edəcək
28 oktyabr 2026, 11:47 · Mənbə: Report.az

Azərbaycan Antalyada baş tutacaq COP31-də ikinci şəffaflıq hesabatını təqdim edəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Antalyada baş tutacaq COP31-də ikinci şəffaflıq hesabatını təqdim edəcək.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini Fərman Qurbanlı bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, bu hesabatda Azərbaycanda son istixana qazları emissiyaları və milli iqlim hədəflərinə nail olunması üzrə məlumatlar öz əksini tapacaq: "Hədəflərə çatmaq üçün əhəmiyyətli həcmdə beynəlxalq maliyyə dəstəyi, eyni zamanda texnologiya və informasiya mübadiləsi tələb olunur. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və innovativ həllərin tətbiqi prioritet məsələlər sırasındadır. Dövlət səviyyəsində həyata keçirilən bu siyasət həm ekoloji tarazlığın qorunmasına, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verəcəkdir".
F. Qurbanlı qeyd edib ki, Azərbaycanın milli iqlim hədəflərində uzunmüddətli inkişaf strategiyasının qısamüddətli hədəflərlə əlaqələndirilməsi nəzərdə tutulan işlərin həyata keçirilməsinə imkan verir: "Universitetlərdə atılan addımlar həm emissiyaların azaldılmasına, həm də dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə imkan yaradır. İqlim dəyişmələrinə uyğunlaşma və ekoloji dayanıqlılığın sosial-iqtisadi planlaşdırmada nəzərə alınması bu yanaşmanın ayrılmaz hissəsidir. Ölkəmizdə son müddətdə təsdiqlənmiş strateji yol xəritələrində və planlarda bu məsələlər öz əksini tapır".
Oxşar xəbərlər

İqtisadiyyat
ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb
Report.az · 19 noyabr 2026, 19:48

İqtisadiyyat
ING: Azərbaycanda inflyasiya artımı pul-kredit siyasətini sərtləşdirə bilər
Report.az · 19 noyabr 2026, 20:17

İqtisadiyyat
AYNA: Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Report.az · 19 noyabr 2026, 19:17

İqtisadiyyat
Naxçıvanda indiyə qədər 6 milyon manat ƏDV məbləği geri qaytarılıb
Report.az · 19 noyabr 2026, 15:47