ING: Azərbaycanda inflyasiya artımı pul-kredit siyasətini sərtləşdirə bilər
19 noyabr 2026, 20:17 · Mənbə: Report.az

Azərbaycanda inflyasiyanın artması pul-kredit siyasətini sərtləşdirə bilər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda inflyasiyanın artması pul-kredit siyasətini sərtləşdirə bilər.
Bu barədə "Report"a Niderlandın "ING" qrupunun Qafqaz, Mərkəzi Asiya və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib.
Bununla yanaşı o qeyd edib ki, Azərbaycan xarici inflyasiyanın çox yaxşı sabitləşdiricisinə malikdir.
"Lakin, digər tərəfdən, Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın digər ölkələrinə nisbətən Aİ və ya Çin kimi ticarət tərəfdaşlarının təsirinə daha çox məruz qalır ki, bu da inflyasiya səviyyəsinə təsir göstərə bilər", - D. Dolqin qeyd edib.
İqtisadçının sözlərinə görə, inflyasiya 6% olan hədəf diapazonunun yuxarı həddindən davamlı olaraq kənara çıxdıqda, faiz dərəcəsinin artırılmasına ehtiyac yaranacaq.
Qeyd edək ki, "ING Group" mənzil-qərargahı Amsterdamda yerləşən və 1991-ci ildə əsası qoyulan Niderland beynəlxalq bank və maliyyə xidmətləri qrupudur.
Oxşar xəbərlər

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17

İqtisadiyyat
Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Report.az · 21 noyabr 2026, 14:17