Azərbaycan çay mədəniyyəti Brüsseldə keçirilən beynəlxalq festivalda təqdim olunub
28 sentyabr 2026, 18:16 · Mənbə: Report.az

Belçikanın paytaxtı Brüsseldə keçirilən beynəlxalq çay festivalında ("Brussels Tea Festival 2026") Azərbaycan çay mədəniyyəti təqdim olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçikanın paytaxtı Brüsseldə keçirilən beynəlxalq çay festivalında ("Brussels Tea Festival 2026") Azərbaycan çay mədəniyyəti təqdim olunub.
"Report"un Avropa bürosu xəbər verir ki, Azərbaycanı ölkənin Brüsseldəki səfirliyinin dəstəyi ilə "Fireland" birliyi təmsil edib.
Fotoqalereya
1 / 4Azərbaycan çay mədəniyyəti Brüsseldə keçirilən beynəlxalq festivalda təqdim olunub
"Fireland Azərbaycanlılar Birliyi"nin stendi ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlara ənənəvi Azərbaycan çay süfrəsi nümayiş etdirilib, yerli çayın müxtəlif növləri, milli şirniyyatlar və mürəbbələr təqdim olunub. Bundan əlavə, qonaqlara çay mədəniyyətinin Azərbaycanın məişətində və ictimai həyatındakı rolu barədə məlumat verilib. Sərgi ilə tanış olmaqla yanaşı, arzu edənlər Azərbaycan çayını şirniyyatlarla birgə dada biliblər.
Ümumilikdə festivalda 46 sərgi iştirakçısı təmsil olunub: Belçika, Niderland, Fransa, Yaponiya, Çin, Tayvan, Hindistan, Cənubi Koreya, Almaniya, Çexiya və Şri-Lankadan olan çay evləri və istehsalçıları, keramika ustaları, eləcə də çay sənayesi, mədəniyyətinin digər istiqamətlərinin nümayəndələri.
Festivalın proqramına dequstasiyalar, seminarlar, müzakirələr, ustad dərsləri və çay mərasimləri daxil idi.
Oxşar xəbərlər


Siyasət
Populist Çexiya Baş Naziri Babiş Senat seçkilərində üzülüb
Deutsche Welle · 18 oktyabr 2026, 11:17

Siyasət
Qırğızıstan parlamentində TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Report.az · 18 oktyabr 2026, 10:46
