"Axios": Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır
28 sentyabr 2026, 20:45 · Mənbə: Report.az · 3 mənbə yazır

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.
"Report" xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadən "Axios"un müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.
"Prezident Tramp nüvə sahəsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri blokdan çıxarmağa hazırdır", - məlumatda bildirilir.
Daha əvvəl Tramp İranın Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasına dair təklif etdiyi planı rədd edib. Onun sözlərinə görə, Tehran boğazın dərhal blokdan çıxarılmasını nəzərdə tutan razılaşma imzalamaq istəyirdi. ABŞ Prezidenti belə bir razılaşmanı qəbuledilməz adlandırıb. O bir daha bəyan etdi ki, İran nüvə silahına malik ola bilməz.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17