"Axios": Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər
3 oktyabr 2026, 09:14 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri Amerika liderinin Kemp-Devid iqamətgahında gizli müşavirə keçirərək İrana qarşı gələcək addımları müzakirə ediblər.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri Amerika liderinin Kemp-Devid iqamətgahında gizli müşavirə keçirərək İrana qarşı gələcək addımları müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı üç amerikalı məmura istinadən yazıb.
Nəşr xatırladıb ki, sonuncu dəfə bu cür görüş 2025-ci ilin iyununda – İsrailin İrana hücumundan cəmi bir neçə gün əvvəl baş tutub.
Müşavirəni vitse-prezident Cey Di Vens keçirib. İştirakçılar arasında dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi elçisi Stiv Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn olub.
Daha əvvəl Tramp "Time" jurnalına müsahibəsində ABŞ-dəki aralıq seçkilərindən sonra İrana qarşı bombardmanların bərpa olunması ehtimalını mümkün hesab edib.
Nəşr qeyd edib ki, Ağ Ev rəhbərini həmçinin Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı planlaşdırdığı hücuma qoşulmağa çağırıblar. Səudiyyə tərəfi Trampın üsyançılara qarşı aviazərbələrə icazə verməsində təkid edir. Lakin o hələ ki imtina etməyə meyillidir, ancaq amerikalı məmurların sözlərinə görə, Tramp qərarını dəyişə bilər.
Oxşar xəbərlər



Dünya
Marko Rubio Trampın Rusiyaya qarşı sanksiyalardan imtina etməsini izah edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:17

Dünya
Nəsilti qadın Kraliça Viktoriya üçün hədiyyə edilən barədə bioqrafiyanı qarşılayır
The Guardian · 18 oktyabr 2026, 11:17