TəciliÇində güclü zəlzələ 16 nəfərin həyatını itirməsinə səbəb olub

TopXəbər

Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir

23 oktyabr 2026, 01:47 · Mənbə: Report.az

Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir

Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlarda Avropanı təmsil edə biləcək beş liderin adı nəzərdən keçirilir.

Yeniliklərdən dərhal xəbərdar olun!

Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlarda Avropanı təmsil edə biləcək beş liderin adı nəzərdən keçirilir.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Namizədlər arasında İtaliyanın Baş naziri Corca Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiya Prezidenti Petr Pavel, Norveçin Baş naziri Yonas Qar Störe və Danimarkanın Baş naziri Mette Frederiksen yer alır.

Nəşrin məlumatına görə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu yaxınlarda Brüsseldə keçirilən görüşdə danışıqlarda vasitəçi olmaq təklifindən imtina edib.

Qəzet yazır ki, son aylarda Avropa paytaxtlarında Rusiya ilə dialoqun zəruriliyi barədə müzakirələr intensivləşib. Buna səbəb Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın onların maraqlarını təmsil etmədiyini düşünməsidir.

Nəşrin mənbələrindən biri bildirib ki, Avropa əvvəlcə Rusiya ilə danışıqlar aparmağın zəruriliyi barədə ümumi razılığa gəlməlidir. Onun sözlərinə görə, növbəti mərhələdə danışıqlarda Avropanın mövqeyinin nədən ibarət olduğu barədə də konsensus əldə edilməlidir.

Digər mənbə isə ölkələr arasında rəqabətin və namizədlərdən hər hansı birinə veto qoyulması riskinin qarşısını almaq üçün danışıqlara bir qrup liderin cəlb edilə biləcəyini bildirib.