TəciliÇində güclü zəlzələ 16 nəfərin həyatını itirməsinə səbəb olub

TopXəbər

KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb

23 oktyabr 2026, 02:47 · Mənbə: Report.az

KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb.

"Report" xəbər verir ki, bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, təşkilat sənədləri razılaşdırılması üçün, o cümlədən Ermənistana da göndərir. Lakin İrəvan hər bir məsələ ilə bağlı müzakirələrdə və qərarların qəbulunda iştirak etmədiyini bildirir, eyni zamanda qərarların məhdud formatda qəbul edilməsinə etiraz etmir.

"Yəni onlar fəaliyyətimizə mane olmurlar, iş davam edir və qərarlar qəbul edirik. Həftəlik məruzələri dinləyirlər, lakin əsas tədbirlərimizdə iştirak etmirlər. Əslində, onlar faktiki olaraq KTMT-dən özləri çıxıblar", – deyə baş katib qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib və bunun baş verməsindən məmnun qalacağını deyib.