Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib
12 noyabr 2026, 23:48 · Mənbə: Report.az

Avropa Siyasi Birliyinin IX Sammitinin iştirakçıları Ukraynaya dəyişməz dəstəyi təsdiqləyib, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Siyasi Birliyinin IX Sammitinin iştirakçıları Ukraynaya dəyişməz dəstəyi təsdiqləyib, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Mixol Martin Dublində keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Ukraynaya dəyişməz dəstəyimizi və onunla həmrəyliyimizi təsdiqlədik", – o, Ukraynanın mülki əhalisinə və kritik infrastrukturuna qarşı Rusiyanın artan hücumlarını pisləyərək qeyd edib.
Martinin sözlərinə görə, müzakirələrin digər əsas nəticələrindən biri də demokratik proseslərə qarşı yönələnlər də daxil olmaqla, hibrid təhdidlərin qarşısının alınmasında daha sıx əməkdaşlığa çağırış olub.
O, həmçinin texnoloji inkişaf hesabına Avropanın innovasiya potensialının və rəqabət qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər

Dünya
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
Report.az · 20 noyabr 2026, 01:47

Dünya
Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb
Report.az · 20 noyabr 2026, 01:47


Dünya
Fransada yaşayış binasında yanğın nəticəsində bir nəfər ölüb, 15 insan xəsarət alıb
Report.az · 19 noyabr 2026, 23:47