Avropa İttifaqı Afrikada əhaliyə 710 milyon avro ayıracaq
27 sentyabr 2026, 05:15 · Mənbə: Report.az

Avropa İttifaqı Afrikada məcburi köçkünlərə və onları qəbul edən icmalara dəstək, həmçinin silahlı münaqişələrdən zərər çəkmiş ərazilərin əhalisinə yardım üçün 710 milyon avro ayıracaq.
"Report"un məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində bildirib.
"Bütün Afrikada məcburi köçkünlər və onları qəbul edən icmalar üçün 800 milyon dollardan çox vəsait ayrıldığını elan etməkdən məmnunam. Həmçinin müharibədən zərər çəkmiş icmalara yardım göstəriləcək", – deyə o yazıb.
Onun sözlərinə görə, maliyyələşmə "Global Citizen" beynəlxalq təşkilatının 2026-cı il kampaniyası çərçivəsində təqdim olunur.
Oxşar xəbərlər

Dünya
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Report.az · 18 oktyabr 2026, 19:46


Dünya
Mançester Yunayted Karrikin komandası üçün təzyiqi azaltmayan bərabərlik oynayıb
Al Jazeera · 18 oktyabr 2026, 19:47

Dünya
Zelenski Trampın sülh nümayəndələri ilə danışıb, ABŞ-ın Moskvanın tərəfində dayanmasına münasibət bildirir
Kyiv İndependent · 18 oktyabr 2026, 19:47