Aparıcı şirkətlər süni intellektin inkişafına nəzarət üçün müstəqil komitələr yaradacaq
30 sentyabr 2026, 06:44 · Mənbə: Report.az

"Google", "Anthropic", "Meta", "OpenAI", "xAI" və "Nvidia" şirkətləri süni intellekt sistemlərinin inkişafına və təhlükəsizliyinə nəzarət edəcək müstəqil komitələr yaradacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Google", "Anthropic", "Meta", "OpenAI", "xAI" və "Nvidia" şirkətləri süni intellekt sistemlərinin inkişafına və təhlükəsizliyinə nəzarət edəcək müstəqil komitələr yaradacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp və şirkət rəhbərlərinin imzaladığı sənəddə deyilir.
Tramp sənədi özünün "Truth Social" sosial şəbəkəsində yayımlayıb.
Sənəd süni intellektin inkişafına dörd səviyyəli nəzarəti nəzərdə tutur. Xüsusilə şirkətlər direktorlar şuraları yanında daxili və xarici auditorların, eləcə də süni intellektin təhlükəsizliyinə cavabdeh olan bölmələrin işinə nəzarət edəcək müstəqil komitələr yaradacaq.
Şirkətlər həmçinin mövcud nəzarət mexanizmlərinin müstəqil qiymətləndirilməsi üçün xarici auditor və ekspertləri cəlb edəcək. Bundan əlavə, təlim və tətbiq mərhələlərində süni intellekt modellərinin imkanlarını izləmək və təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq üçün hər bir təşkilat daxilində xüsusi sistemlər fəaliyyət göstərəcək.
Kibertəhlükəsizliyə, bioloji və kimyəvi təhdidlərə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, şirkətlər nəzarət, monitorinq və potensial təhdidlərin aşkar edilməsi sistemlərinin işini izləyəcək xüsusi bölmələr yaradacaq.
Sənəddə qeyd olunub ki, gələcəkdə bu tədbirlər qanunvericilik səviyyəsində təsbit oluna bilər. Şirkətlər həmçinin süni intellektin təhlükəsizliyi sahəsində ümumi standartların və qabaqcıl təcrübələrin işlənib hazırlanması üçün müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəlib.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17