Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
29 oktyabr 2026, 12:47 · Mənbə: Report.az

Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində bu gün TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində bu gün TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, bu ölkənin xarici işlər naziri Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edib.
Xarici İşlər Nazirləri Şurasının iclasından sonra ailə fotosu çəkilib.
Qeyd edək ki, TDT "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası" kimi qurulan Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişi ilə təsis edilib. Adı 2021-ci ildə İstanbul Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib.
Təşkilatın əsas məqsədləri Türk dövlətləri arasında qarşılıqlı etimadı, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək, Türk dünyasının tarixi və mədəni irsini sənədləşdirmək və təbliğ etməkdir. Katibliyi İstanbulda yerləşən TDT-nin beş üzv dövləti (Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan) və dörd müşahidəçisi (Macarıstan, Türkmənistan, Şimali Kipr və İqtisadi Əməkdaşlıq Təşkilatı) var.
2025-ci ilin oktyabr ayından bəri Azərbaycan TDT-nin dönəm sədridir. Təşkilatın qaydalarına görə, sədrlik bu dəfə Dövlət Başçıları Zirvəsindən sonra Azərbaycandan Türkiyəyə ötürüləcək.
Zirvə görüşü Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə "Türk Dünyasının Əsri" vizyonundan və İsmayıl bəy Qaspıralının "Türk Əsri: Dildə, Düşüncədə və Fəaliyyətdə Birlik" mövzusuna həsr olunacaq.
Oxşar xəbərlər

Siyasət
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Report.az · 23 noyabr 2026, 21:17

Siyasət
Nazir müavini: Azərbaycan və Albaniya energetika, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir
Report.az · 23 noyabr 2026, 20:17

Siyasət
Roma Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafını dəstəkləyir
Report.az · 23 noyabr 2026, 14:47

Siyasət
İtaliyanın XİN rəhbəri Bakıdakı danışıqlara yüksək qiymət verib
Report.az · 23 noyabr 2026, 14:17