TopXəbər

Ankarada idman zalında atışma olub, 1 nəfər ölüb

28 sentyabr 2026, 14:17 · Mənbə: Hürriyet

Ankarada idman zalında atışma olub, 1 nəfər ölüb

Ankarada idman zalında mübahisə nəticəsində silahlı qarşıdurma baş verib. Hadisədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hürriyet yazır ki, mübahisə Kızılırmak qəsəbəsindəki 1450-ci küçədəki idman zalında baş verib. Zalın sahibi ilə başqa qrup arasında keçmiş borc məsələsinə görə telefonla mübahisə yaranıb.

Daha sonra Taner Aksoy (37), Kenan B. (31) və Bahattin Ş. (37) idman zalına gəlib. Zalın yeni sahibi Halil T. (41) avtomobildən düşən üç nəfərə pompalı tüfəklə atəş açıb. Qarşı tərəf də tapança ilə cavab verib.

Ankarada idman zalında dava: 1 nəfərin öldüyü silahlı toqquşma kamerada
Ankarada idman zalında dava: 1 nəfərin öldüyü silahlı toqquşma kamerada

Nəticədə Taner Aksoy ölüb, Kenan B. isə yaralanıb. Hadisə idman zalının təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə Halil T-nin avtomobilin arxa oturacağından pompalı tüfəklə atəş açması görünür.

Polis hadisədə yaralanmayan Halil T. və Emircan İ. ilə digər tərəfdən Bahattin Ş-ni saxlayıb. Onların üzərində 3 tapança və 1 tüfəng tapılıb. Şübhəlilərin saxlanma prosedurları davam edir.

Ankarada idman zalında dava: 1 nəfərin öldüyü silahlı toqquşma kamerada
Ankarada idman zalında dava: 1 nəfərin öldüyü silahlı toqquşma kamerada