Anar Bağırov yeni hakim təyin olunmuş 8 vəkili təltif edib
16 oktyabr 2026, 13:17 · Mənbə: Report.az

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov hakim vəzifəsinə yeni təyin edilmiş vəkilləri təltif edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov hakim vəzifəsinə yeni təyin edilmiş vəkilləri təltif edib.
Bu barədə "Report"a VK-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı Anar Bağırov son illər məhkəmə sistemində vəkillik institutunun rolunun və vəkillərin peşəkar potensialının artmasına diqqət çəkib. Sədr Prezident İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında Kollegiyanın 8 üzvünün də yer aldığını bildirib. Bunun yüksək göstərici olduğunu qeyd edən sədr vəkillik institutunun ölkənin məhkəmə sistemi üçün də etibarlı və peşəkar kadr mənbələrindən birinə çevrildiyini xatırladıb.
VK-nın Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində təmsil olunduğunu nəzərə çatdıran Anar Bağırov hakim vəzifəsinə təyin edilmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inamını vurğulayıb. Sədr yeni hakimlərin qanunun aliliyinə, ədalət mühakiməsinin prinsiplərinə və etik davranış qaydalarına daim sadiq qalacaqlarına əminliyini ifadə edib.
Görüşün sonunda Anar Bağırov VK Rəyasət Heyətinin müvafiq qərarına əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslərə Fəxri Fərmanları təqdim edib.
Oxşar xəbərlər

Siyasət
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb
Report.az · 19 oktyabr 2026, 14:47


Siyasət
Mamataliyev: Qırğızıstan Azərbaycanın investisiyalarında maraqlıdır
Report.az · 19 oktyabr 2026, 12:47

Siyasət
Rusiya daxilində Putinə qarşı sabotaj edənlər gizli əməliyyatlar aparır
BBC News · 19 oktyabr 2026, 04:17