Almaniyalı hakim Sibel Tunç İstanbulda şübhəli şəkildə öldü
26 sentyabr 2026, 15:27 · Mənbə: Hürriyet

Almaniyada hakim işləyən Sibel Tunç İstanbulda xəstəxanada ölüb. Onun ölümü şübhəli sayılır.
Hürriyet yazır ki, Almaniyada hakim çalışan, Hamburg doğumlu Sibel Tunç və həyat yoldaşı Aykut T. Türkiyədə istirahətə gəliblər. Onlar İstanbulun Mimar Sinan məhəlləsində yerləşən evdə qalırdılar.
Tunç bir neçə gündür qusma şikayəti ilə Silivri Dövlət Xəstəxanasının təcili yardımına müraciət edib. O, həmçinin xroniki təzyiq xəstəsi idi.
Saat 02.42 radələrində yenidən qusma başlayanda xəstəxanaya müraciət edən Tunç müalicə gözləyərkən birdən halı pisləşib. Təcili yardımın qırmızı sahəsinə aparılan hakim gördüyü bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Onun ölümünün şübhəli olması səbəbindən rəsmi araşdırma başlayıb. Sibel Tunçun meyiti ailəsi tərəfindən Adli Tibb İnstitutundan götürülüb və daha sonra Silivri şəhərində dəfn olunub.
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17