Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
5 noyabr 2026, 19:17 · Mənbə: Report.az

Almaniya Ukraynanın su, enerji və nəqliyyat infrastrukturunun bərpası üçün əlavə 100 milyon avronun ayrılmasını nəzərdən keçirir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Ukraynanın su, enerji və nəqliyyat infrastrukturunun bərpası üçün əlavə 100 milyon avronun ayrılmasını nəzərdən keçirir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyinin parlamentin büdcə komitəsinə ünvanladığı məktubda bildirilib.
Qeyd olunub ki, bu vəsaitlər cari ilin yayından etibarən intensivliyi əhəmiyyətli dərəcədə artan Rusiya Silahlı Qüvvələrinin aviazərbələri nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə, Almaniyanın 2026-cı il büdcəsində Ukraynanın maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitə əlavə olaraq ayrılacaq.
Məktubda vurğulanıb ki, 2026-cı il üçün federal büdcə təsdiqlənərkən Rusiya ilə Ukrayna arasındakı münaqişənin hazırkı miqyasını əvvəlcədən görmək mümkün olmayıb.
Qeyd edilib ki, əlavə vəsaitin mərkəzləşdirilməmiş elektrik enerjisi istehsalı və saxlanması üçün avadanlıqların alınmasına, su və enerji infrastrukturu obyektlərinin təmirinə, yanğınsöndürmə avadanlıqlarının əldə edilməsinə, eləcə də məktəb binalarının bərpasına yönəldilməsi planlaşdırılır.
Oxşar xəbərlər


Dünya
Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatlar üçün vəsait mövcuddur
Report.az · 25 noyabr 2026, 06:17

Dünya
ABŞ-də hərbi bazada kütləvi qətldə ittiham olunan şəxs edamın təxirə salınmasını istəyir
Report.az · 25 noyabr 2026, 05:47

Dünya
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Report.az · 25 noyabr 2026, 04:17