Aİ Suriyanın minalardan təmizlənməsi üçün 51 milyon avro ayıracaq
29 sentyabr 2026, 18:48 · Mənbə: Report.az

Suriya Avropa İttifaqını (Aİ) sanksiyaları ləğv etməyə və ölkənin bərpasında əməkdaşlığı genişləndirməyə çağırıb, Avropa tərəfi isə ərazilərin minalardan və müharibədən qalan sursatlardan təmizlənməsi üçün 51 milyon avronun ayrıldığını açıqlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Suriya Avropa İttifaqını (Aİ) sanksiyaları ləğv etməyə və ölkənin bərpasında əməkdaşlığı genişləndirməyə çağırıb, Avropa tərəfi isə ərazilərin minalardan və müharibədən qalan sursatlardan təmizlənməsi üçün 51 milyon avronun ayrıldığını açıqlayıb.
"Report" "Al-Arabiya"ya istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Dəməşqdə keçirilən birgə mətbuat konfransında bildiriblər.
Bu, Kaya Kallasın Suriyaya ilk səfəridir və bu ölkədəki keçid prosesinə, eləcə də Dəməşqin Aİ ilə münasibətlərinə həsr olunub.
Əş-Şeybani bildirib ki, Dəməşq Brüsseldə Aİ yanındakı diplomatik nümayəndəliyinin səviyyəsini yüksəltmək üçün çalışacaq. Onun sözlərinə görə, Suriya Aİ ilə tərəfdaşlığın ölkənin bərpasına və müharibənin fəsadlarının aradan qaldırılmasına kömək edəcəyinə ümid edir.
Kallas vurğulayıb ki, uğurlu keçid prosesi həm suriyalılar, həm də Aİ üçün vacibdir: "Suriyanın sabitliyi Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsidir"
Aİ diplomatiyası rəhbərinin sözlərinə görə, Brüssel "real və uğurlu keçiddə" maraqlıdır və yardım göstərməyə hazırdır.
O qeyd edib ki, bu prosesin uğurla başa çatması üçün məsuliyyətə cəlbetmə və barışıq vacibdir. O, Aİ-nin Suriya institutlarını dəstəkləməyə hazır olduğunu təsdiqləyib, həmçinin Dəməşqlə investisiya və tərəfdaşlığın genişləndirilməsinə çağırıb. Kallas Suriyanın bank infrastrukturunun gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.
Avropa diplomatiyasının rəhbəri minalardan təmizləmə və müharibədən qalan partlayıcı sursatların zərərsizləşdirilməsi işləri üçün 51 milyon avronun səfərbər edildiyini bildirib.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18