TopXəbər

Aİ səfiri: Bakıda "Avropa təamları" festivalı Azərbaycanla tərəfdaşlığın 30 illiyinə həsr olunub

3 oktyabr 2026, 13:44 · Mənbə: Report.az

Aİ səfiri: Bakıda "Avropa təamları" festivalı Azərbaycanla tərəfdaşlığın 30 illiyinə həsr olunub

Bu gün Bakıda açılan "Avropa təamları" (Taste of Europe) adlı kulinariya festivalı bu il Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunub.

Yeniliklərdən dərhal xəbərdar olun!

Bu gün Bakıda açılan "Avropa təamları" (Taste of Europe) adlı kulinariya festivalı bu il Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunub.

"Report xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç festivalın açılışında bildirib.

O vurğulayıb ki, bugünkü festival bu il qeyd olunan Aİ-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində keçirilir.

"Bakıda dördüncü "Avropa təamları" kulinariya festivalına ev sahibliyi etmək mənim üçün böyük şərəfdir. Biz azərbaycanlı dostlarımızı Avropa təamlarını və mədəniyyətini qeyd etmək üçün bizə qoşulmağa dəvət edirik! Bu, Avropa ölkələrinin milli mətbəxi, mədəniyyəti və ənənələri ilə tanış olmaq, yeni dadlar kəşf etmək və ailə, dostlarla unudulmaz bir gün keçirmək üçün gözəl fürsətdir. Bu tədbirin Aİ və Azərbaycan arasında tərəfdaşlığın 30 illiyi çərçivəsində keçirildiyini qeyd etmək xüsusilə qürurvericidir", - səfir bildirib.

Fotoqalereya

1 / 4

Aİ səfiri: Bakıda Avropa təamları festivalı Azərbaycanla tərəfdaşlığın 30 illiyinə həsr olunub

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunan festivalda Belçika, Fransa, Almaniya, Polşa, Portuqaliya, Slovakiya, İspaniya, Xorvatiya, Avstriya və Estoniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edirlər.

Festivalın əsas məqsədi Bakı sakinlərini Avropa ölkələrinin milli mətbəxi ilə tanış etməkdir.

Tədbir saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, festival artıq ardıcıl dördüncü ildir Bakıda keçirilir.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47