Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
28 sentyabr 2026, 07:15 · Mənbə: Report.az

Ağstafada qətl hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun parklarından birində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. İlkin məlumata görə, R.İsmayılovu 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.
S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.
Oxşar xəbərlər


Ölkə
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Report.az · 18 oktyabr 2026, 00:17


Ölkə
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Report.az · 17 oktyabr 2026, 14:47