Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
26 sentyabr 2026, 19:13 · Mənbə: Report.az

Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.

Ölən şəxslərin qardaş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər


Ölkə
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Report.az · 18 oktyabr 2026, 00:17


Ölkə
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Report.az · 17 oktyabr 2026, 14:47