Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
7 noyabr 2026, 04:17 · Mənbə: Report.az

ABŞ-nin Məxfi Xidmətinin əməkdaşları ölkə ərazisində qanunsuz gəzən və Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Məxfi Xidmətinin əməkdaşları ölkə ərazisində qanunsuz gəzən və Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.
"Report"un "Fox News"a istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Hadisə noyabrın 5-də axşam baş verib. Kişi Konstitusiya prospektində dayanan avromaşında olarkən Məxfi Xidmətin əməkdaşları onun şübhəli davranışına diqqət yetiriblər.
Agentlər avtomobilə yaxınlaşanda kişi beynindəki səslərin ona Vaşinqtona gedib Amerika Prezidentini öldürməyi əmr etdiyini bildirib.
Avtomaşında aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah və sursat aşkarlayıblar.
Oxşar xəbərlər

Dünya
Valeri Çeçelaşvili: Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
Report.az · 23 noyabr 2026, 08:47

Dünya
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Report.az · 23 noyabr 2026, 08:17

