ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
6 oktyabr 2026, 07:45 · Mənbə: Report.az

ABŞ Prezidentinin Ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Bulos Suriyadakı münaqişənin həlli ilə bağlı bu ölkənin Suveren Şurasının sədri Əbdül Fəttah əl-Burhan ilə danışıqlar aparıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidentinin Ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Bulos Suriyadakı münaqişənin həlli ilə bağlı bu ölkənin Suveren Şurasının sədri Əbdül Fəttah əl-Burhan ilə danışıqlar aparıb.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, görüş Misirin Yeni Əl-Əlameyn şəhərində Afrika İttifaqının Koordinasiya Görüşü çərçivəsində baş tutub.
M.Bulos bildirib ki, Vaşinqton Sudan böhranına siyasi həll yolu tapmaq üçün Misir və digər regional və beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək.
"Birləşmiş Ştatlar Sudan siyasi qüvvələri arasında hərtərəfli dialoqa və Sudanın gələcəyi üçün ilkin yol xəritəsinin hazırlanmasına aparan bütün səyləri dəstəkləməyə hazırdır", - o deyib.
Müşavirin sözlərinə görə, diplomatik səylər hərbi əməliyyatlara son qoymağa, təhlükəsizliyi bərpa etməyə və milli dialoq vasitəsilə mülki idarəetməyə keçməyə yönəlib.
Oxşar xəbərlər

Dünya
Ukrzaliznitsa tətbiqində orta evakuasiya və gecikmə sayı göstərilir
Ukrainskaya Pravda · 16 oktyabr 2026, 23:17

Dünya
Braziliya Amazonunun meşə qırılması ən aşağı səviyyəyə düşür, prezident seçkisi yaxınlaşır
The Guardian · 16 oktyabr 2026, 23:17

Dünya
Rusiya müharibəsi Bolqarıstan sahillərinə çatdı, Radev Moskva tərəfdarı mövqeyini sınadı
Kyiv İndependent · 16 oktyabr 2026, 23:18
