ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib
28 sentyabr 2026, 23:45 · Mənbə: Report.az

ABŞ Rumıniyaya 9 piyada desant amfibiya maşını (AAV) tədarük edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Rumıniyaya 9 piyada desant amfibiya maşını (AAV) tədarük edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Rumıniyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu andan etibarən Rumıniya hərbçiləri yeni maşınların idarə edilməsini mənimsəməyə başlayırlar, onlara ABŞ Dəniz Piyadaları Korpusunun ekspert-məsləhətçiləri təlim keçirlər.
"ABŞ-nin Rumıniyadakı səfiri Derril Nirenberq 307-ci dəniz piyadaları alayının modernləşdirmənin mühüm mərhələsinə hazırlığını izləmək üçün Babadağ (Tulça qəzası) poliqonuna səfər edib", - səfirlikdən bildirilib.
AAV7A1 piyada desant amfibiya maşınları 21-dək dəniz piyadasını və ləvazimatları hərbi gəmilərdən düşmən sahilinə daşımaq üçün nəzərdə tutulub.
2023-cü ilin iyulunda Pentaqondan bildirilib ki, ABŞ Dövlət Departamenti Rumıniyaya 120,5 milyon dollar dəyərində 16 piyada desant amfibiya maşını və bununla əlaqədar avadanlıqların satışına icazə verib.
Oxşar xəbərlər


Dünya
Marko Rubio Trampın Rusiyaya qarşı sanksiyalardan imtina etməsini izah edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:17


Dünya
Rusiya qüvvələri yenidən Rovnuya hücum edib, yanğınlar başlayıb
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 10:47