ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
3 oktyabr 2026, 22:45 · Mənbə: Report.az

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib.
"Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir.
Amerika hərbçiləri "Alovlu avanqard" əməliyyatı çərçivəsində Texas ştatındakı Rio-Qrande çayı vadisi ərazisində yerləşdirilib. Meksika rəsmiləri qeyd edib ki, bu addımlar sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və potensial təhdidlərin aşkarlanması üzrə imkanların genişləndirilməsinə yönəlib.
Öz növbəsində, Meksika HDQ "Qılınc" əməliyyatı çərçivəsində Tamaulipas ştatındakı sərhədyanı Matamoros şəhərinə 159 hərbçi, 11 nəqliyyat vasitəsi və iki pilotsuz uçuş aparatı (PUA) göndərib.
Mexikoda vurğulayıblar ki, iki ölkənin qarşılıqlı fəaliyyəti suverenliyə hörmət və qarşılıqlı etimad əsasında reallaşdırılır. Meksika HDQ şimal sərhədində patrul xidmətini davam etdirəcək, tərəflər arasında məlumat mübadiləsi isə müəyyən olunmuş kanallar vasitəsilə həyata keçiriləcək.
Oxşar xəbərlər



Dünya
Baş qərargah Rusiyanın ən çox hücum etdiyini açıqlayıb
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 23:47
Dünya
Hindistan gənclərin etirazlarına, tənqidçilərə və kameralarına qarşı təzyiq edir
Al Jazeera · 18 oktyabr 2026, 23:47