TopXəbər

ABŞ Kübaya qarşı sanksiyaları sərtləşdirdi

30 sentyabr 2026, 09:15 · Mənbə: Anadolu Ajansı

ABŞ Kübaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Hazine Nazirliyi Kübada peşəkar görüşlərin təşkili və iştirakına qadağa qoyub. Bankların Küba vətəndaşları üçün hesab açması qadağan edilib.

Anadolu Ajansı yazır ki, ABŞ Hazine Nazirliyi Yabancı Varlıkların Kontrolü Ofisi (OFAC) ABŞ yurisdiksiyasına tabe olan şəxslərin Kübada peşəkar yığıncaq və ya konfrans təşkil etməsini və iştirakını yasaqlayıb.

Təhsil məqsədli səfərlər isə yalnız ABŞ akkreditə olunan lisans və lisansüstü təhsil müəssisələri, onların tələbələri və müəyyən təhsil fəaliyyətlərini yerinə yetirən tam ştat işçiləri üçün istisna təşkil edir. Bu səfərlər yalnız sponsor təşkilatın nümayəndəsi ilə birlikdə həyata keçirilməlidir.

Əvvəllər icazə verilən "xalqla əlaqə" təhsil səfərlərinə artıq izin verilmir. Lakin 30 sentyabr 2026-cı il tarixindən əvvəl bilet alanların səfərləri hələ icazə çərçivəsindədir.

ABŞ Dövlət Departamentinin hazırladığı "Küba Məhdudlar Siyahısı"nda adı olan, Küba ordusu və təhlükəsizlik qüvvələri ilə bağlı təşkilatlarla birbaşa və dolayı maliyyə əməliyyatları aparmaq qadağandır.

Banklara Küba və ya Küba vətəndaşının marağı olan, ABŞ xaricində başlayıb ABŞ xaricində bitən "U-Dönüş" əməliyyatlarını həyata keçirmək icazəsi ləğv edilib. Onlara bu əməliyyatları bloklamaq əvəzinə birbaşa rədd etmək hüququ verilib.

Eyni zamanda, banklar müstəqil özəl sektor sahibkarı olan Küba vətəndaşları üçün hesab açmaq və onu saxlamaq qadağandır.