ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib
5 oktyabr 2026, 08:15 · Mənbə: Report.az

ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər həlak olub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
"Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini göstərirdi", - komandanlığın "X" sosial şəbəkə hesabında paylaşılan məlumatında qeyd olunub.
ABŞ mətbuatının məlumatına görə, 2025-ci ilin payızında hücumlar başlayandan bəri ABŞ Silahlı Qüvvələrinin narkotacirlər tərəfindən istifadə edildiyi ehtimal olunan katerlərə endirdiyi zərbələrdə 230-dan çox insan ölüb.
Oxşar xəbərlər

Dünya
Avropanın sağçı partiyaları Putinə fərqli münasibət göstərir
Kyiv İndependent · 16 oktyabr 2026, 16:17
Dünya
Qəzza Səhiyyə Nazirliyi bildirib ki, aclıq 2024-cü ildən bəri 466 Fələstinliyi öldürüb
Anadolu Agency · 16 oktyabr 2026, 16:18

Dünya
Aİ və Kanada əlaqələri yaxınlaşdırır, Kanada Aİ-nin ilk müştərək üzvü ola bilər
France 24 · 16 oktyabr 2026, 16:18
Dünya
Belarus Prezidenti Donald Trampın Ukraynanın rəhbərliyinə təsir etməməli olduğunu bildirib
Anadolu Agency · 16 oktyabr 2026, 16:18