ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək
2 oktyabr 2026, 07:45 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Trampın administrasiyası daha əvvəl Avropa və Yaxın Şərqin bir sıra ölkələri üçün nəzərdə tutulan 52 milyon dollar vəsaiti Latın Amerikası ölkələrinə dəstəyə yönəltmək qərarına gəlib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın administrasiyası daha əvvəl Avropa və Yaxın Şərqin bir sıra ölkələri üçün nəzərdə tutulan 52 milyon dollar vəsaiti Latın Amerikası ölkələrinə dəstəyə yönəltmək qərarına gəlib.
"Report" The Washington Post qəzetinə istinadən xəbər verir ki, ilkin olaraq Slovakiya, Şimali Makedoniya, Tunis və İraq üçün təsdiqlənmiş vəsait Panama, Peru, Ekvador və Kolumbiyaya yönəldiləcək.
Qəzetin məlumatına görə, Dövlət Departamenti müvafiq planlar barədə Konqresi hələ sentyabr ayında məlumatlandırıb. Demokrat senator Cin Şeyhin və Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Qreqori Miks vəsaitlərin yenidən bölüşdürülməsinə qarşı çıxaraq prosesi bloklayıblar.
Lakin administrasiya bu həftə qanunvericilərin etirazlarına baxmayaraq vəsaitlərin yenidən bölüşdürülməsini həyata keçirmək niyyətində olduğunu Konqresə bildirib.
Dövlət Departamenti The Washington Post qəzetinə açıqlamasında qərarın ABŞ-ın milli maraqlarına uyğun olduğunu bildirib.
"Vəsaitlərin Yaxın Şərqdən və Avropadan Qərb yarımkürəsinə yönəldilməsi milli təhlükəsizlik strategiyasına uyğundur. Regionumuza yönəldilən maliyyələşdirmə Qərb yarımkürəsində narkoterrorizmlə mübarizəyə kömək edəcək və Panama kanalının təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək", – deyə nazirlik qeyd edib.
Oxşar xəbərlər

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47


Dünya
Atlanta ilə Manuel’s Tavern Corciyanın keçmişini gələcəyə baxışla işarələyir
France 24 · 18 oktyabr 2026, 15:47