TəciliYeni doğulmuş əkizlər Yəməndə münaqişə səbəbindən aclıqla mübarizə aparır

TopXəbər

ABŞ 2054-cü ilə qədər hər il Qətərə 4 milyon ton LNG tədarük edəcək

22 oktyabr 2026, 19:21 · Mənbə: Report.az

ABŞ 2054-cü ilə qədər hər il Qətərə 4 milyon ton LNG tədarük edəcək

ABŞ-nin "Cheniere Energy" şirkəti Qətərin "QatarEnergy" şirkəti ilə 2054-cü ilin sonuna qədər hər il ümumilikdə 4 milyon ton mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair sazişlər bağlayıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ-nin "Cheniere Energy" şirkəti Qətərin "QatarEnergy" şirkəti ilə 2054-cü ilin sonuna qədər hər il ümumilikdə 4 milyon ton mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair sazişlər bağlayıb.

"Report" xəbər verir ki, bu barədə "Cheniere Energy"nin məlumatında bildirilib.

Sazişlərə əsasən, "Cheniere Energy"nin törəmə şirkətləri - "Sabine Pass Liquefaction" və "Corpus Christi Liquefaction" - hər il "QatarEnergy"yə ayrı-ayrılıqda 2 milyon ton LNG tədarük edəcək. Tədarüklər FOB şərtləri ilə həyata keçiriləcək, yəni LNG gəmiyə yükləndikdən sonra alıcı xərcləri və riskləri öz üzərinə götürür. Qazın qiyməti sabit əlavə edilməklə ABŞ-nin "Henry Hub" qiymət indeksi əsasında hesablanacaq.

Tədarüklər 2030-cu illərin əvvəlində başlayacaq və 2054-cü ilin sonunadək həyata keçiriləcək. Bununla belə, "Sabine Pass" ilə sazişə əsasən ildə 1 milyon ton LNG-nin tədarükü müəssisənin genişləndirilməsi layihəsinin birinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsindən asılı olacaq.

Şirkət həmçinin "Sabine Pass" zavodunun genişləndirilməsi layihəsini həyata keçirir. İstehsalın optimallaşdırılması imkanları nəzərə alınmaqla, onun istehsal gücünün ildə 20 milyon tondan çox LNG artacağı, müəssisənin ümumi gücünün isə ildə 50 milyon tonu ötəcəyi gözlənilir.

Genişləndirmənin birinci mərhələsi yeddinci texnoloji xəttin və buxarlanan qazın təkrar mayeləşdirilməsi qurğusunun tikintisini nəzərdə tutur. Onun gücü, potensial istehsal optimallaşdırılması da daxil olmaqla, ildə 6 milyon ton LNG-ni üstələməlidir.