TəciliDonald Tramp BBC-yə qarşı iddiada and içərək sualların cavablandırılmasını tələb etdi

TopXəbər

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 oktyabr 2026, 20:17 · Mənbə: Report.az

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.

"Report" xəbər verir ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.

Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib.

Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir.