Abbas Əraqçi: İran ABŞ ilə diplomatik əlaqələrə ümid edir
27 sentyabr 2026, 22:15 · Mənbə: Report.az

Tehran Vaşinqtonla diplomatiyaya ümid edir, baxmayaraq ki, hazırda ABŞ administrasiyasının hərəkətləri nəzərə alınmaqla buna qayıtmaq üçün heç bir səbəb görmür.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalının efirində bildirib.
"Diplomatiyaya həmişə ümid var, amma açığı, onların son iki ildəki hərəkətləri nəzərə alınmaqla diplomatiyaya qayıtmaq və bu administrasiya ilə yenidən əlaqə qurmaq üçün heç bir səbəbimiz yoxdur", - o, deyib.
Əraqçidən ABŞ Prezidenti Donald Trampa etibar edib-etmədiyi soruşulub. "Biz özümüzə güvənirik. Biz diplomatiyaya hazırıq. Eyni zamanda, müharibəyə də hazırıq", - İslam Respublikasının xarici işlər naziri cavab verib.
Oxşar xəbərlər



Dünya
Marko Rubio Trampın Rusiyaya qarşı sanksiyalardan imtina etməsini izah edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:17

Dünya
Nəsilti qadın Kraliça Viktoriya üçün hədiyyə edilən barədə bioqrafiyanı qarşılayır
The Guardian · 18 oktyabr 2026, 11:17